Main » 2012»December»22 » "Papanin" sakinləri üsyan edir (foto-videoreportaj)
13:52
"Papanin" sakinləri üsyan edir (foto-videoreportaj)
"Papanin" sakinləri artıq üsyan edir. Azadxeber.org internet qəzetinin xüsusi müxbirinin verdiyi məlumata görə, ötən gün "Papanin" sakinləri yolu kəsərək etiraz ediblər. Etiraza səbəb ərazidə söküntülərin aparılması üçün mənzilin hər kvadrat metrinə 600-800 manat verilməsidir. Sakinlər bildirirlər ki, özlərini təqdim etməyən məmurlar bizə 3 gün vaxt qoyublar. Razılaşmayan sakinlərin elektik naqilləri, qaz kəmərləri kəsilir, su verilmir.
Sakinlər dövlət televiziyalarından da şikayətləniblər. Onların dediklərinə görə dəfələrlə müraciət etməklərinə baxmayaraq, çəkilişə gəlmirlər.
Hadisə yerindən hazırlanan foto və videoreportajı təqdim edirik: