Kipr Respublikasının prezidenti Dimitris Xristofias ada dövləti idarə etdiyi son 5 ildə hədsiz tənqidlər və hətta təhqirlərə məruz qaldığını deyib.
European-a istinadən bildirilir ki, 66 yaşlı prezident söyləyib: "Mənə paltaryuyan qadının oğlu, qatil dedilər. Mənə qədər heç bir prezident belə hücumlara, təhqirlərə məruz qalmamışdı. Haqsız, sərt tənqidlərə hədəf olduğum üçün təəssüflənirəm".
Xristofiasın sözlərinə görə, "bəzi şəxslər və təşkilatlar" prezidenti, yəni onu, təhqir etməklə nüfuzuna zərbə vuracaqlarını düşünürlər.
"Lakin sadə, yoxsul ailədən olmağımla fəxr edirəm. Anam paltaryuyandı. Uzun müddət atamın çalışdığı kafedə işlədim", - Kipr prezidenti deyib.
|