Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 18 » Problemlər və sizin "amin"ləriniz...
13:16
Problemlər və sizin "amin"ləriniz...
yazar1
Ramin Bayramov


Dostlarla oturub çay içirdik. Dostlardan biri ölkədəki fəsaddan, bu cür çirkinliklərə bəzən dindarların da bulaşmasından söz açdı. Bəzən bəzi cəmiyyətlərdə dindarların "müasir islam”a meylli olmasını və bunun da gələcəkdə fəsadlar törədə bilməsinə işarə etdi. Hətta bəzi olan hadisələrdən də, ürək ağırısı ilə söz açdı. Arada üzünü tutub mənə "yazılarınızda belə məqamlara toxunun” kimi təklifini də verdi.

Qardaş məndən yaşda gənc olmasına baxmayaraq ürək ağırısı ilə bu problemlərdən danışdı. Əvvəl yazımı bu məsələlərə həsr etmək istəsəmdə alınmadı. Mən yazımı bu problemlərə həsr edə bilmirəm. Birincisi bu ictimai problem olduğu kimi, dindarların iç problemidir. Odur ki, bu yerdə "üstü örtülü bazar dostluğu pozar” atalar sözünün xilafına olaraq "açıq sözlər "vəhdəti” əzər”ə bu dəfə əməl edərək bəzi məsələləri üstü-örtülü yazacam. Çünki, bəzən sayı elə də çox olmayan islamçı yazarlar öz fikirlərini yazanda bəziləri çıxır və sosial şəbəkələrdə "keçmiş yaraları”nı yada salıb kampaniya başladırlar. Əlbəttə ki, bu da onların haqqıdır. İndi neynəsinlər, islamın müdafiəsinə cürət çatmayanda, İslamla açıq aşkar düşmənçilik edənlərə "gözün üstə qaşın var” deyə bilməyəndə, gərəkdir ki, ruhanini və ya islamçı yazarı vursunlar. "Udul”u bilməyənlər və ya bilib qorxu ilə "siyasəti” qarışdıranlar bəzən "böyük İslam proje”lərindən ağız dolusu danışmaları və bu layihələrin baş tutmamasında sözü və əməli bir ruhaniləri "görərək" hədəf almaları artıq Azərbaycan reallıqlarıdır. Bu da heç...

Bu yerdə bir məsələ yadıma düşdü. Bir nəfər məni görüb başladı ürəyini boşaltmağa "niyə hicab haqqında iş görmürsüz, saytda heç nə yoxdu, ölkədə boşluqdu?” və s. Belə iradlar cəmiyyətdə çox rast gəlinir. Odur ki, mənim payıma düşən cavabı belə verdim: "Saytda "salam olsun Yusiflərə” banneri var, özü də bir dənə yox. Bu banneri görəndə əlbəttə ki, yaddan çıxan problemlər yada düşür. Bu bəyəm kifayət deyil? Bəyəm bu "salam" verdiyimiz yusiflər nəyə görə zindana düşüblər? Bəyəm hicab məsələsi bir dəstənin problemidir? Bəzən zindandan çıxanlara "quru salam” verməyə belə çəkinirlər. Bu problem deyil? Siz bu problemlərin həlli üçün hansı addımı atırsız? Bəyəm (azda olsa) bəzi məktəblərə hicabla getmək icazəsi yusiflərin bərəkətinə görə olmayıb?". Belə ən azı 200 sualı və ya problemi yazmaq olar.

Bəli, problemlər çoxdur. İndi də, bir dəstə çıxıb başlayıblar "əsil islam”ı təbliğ etməyə. "Təbliğ”lə yanaşı "vurmaq”da bunların əsas iş prinsipidir. Amma bilin ki, əgər təməlinizə, toxumunuza şeytan su tökübsə...

Bəzən də cavan cavan uşaqlar görürsən başlayıb "filan ruhani düz eləmədi, filan ruhani düz elədi”. Bunlara bir ağsaqqal istəyir çıxsın desin: "Ay cavan qardaş, ay bala, bu məsələlərə hələ baş qoşmağın tezdir. Sən get dəstəmazın alınmasını, Quranın qiraətini öyrən, şəri hökmlərinlə tanış ol, sonra gəlib mollalarda səhv tutarsan”.

Bu hələ harasıdır? Hətta bəzən zindandakı sözü və əməli bir olan ruhanilərə qarşı da dil uzadılır. Abrını aparmağa, cəmiyyətdə olan nüfuzunu, hörmətini yox etməyə çalışırlar. Özü də, bəzən bu "qara piarlar” zahirdə "molla taktikası” ("molla taktikası” budur ki, əvvəl qeybət caiz-ləşdirilir sonra qeybət, böhtan, təhqirin biri "beş qəpiyə” olur) ilə olur. Amma onlar bilsinlər ki, sifarişli "qara piar”lara görə qəbrdə, Qiyamətdə cavabı "böyük”ləri yox, məhz özləri verəcəklər.

Hə bilirəm, əgər deməsəm ki, " "susmuş”lara, və ya susmağı özünə vəzifə bilərək maariflə məşğul olanlara da bəzən iradlar bildirilir, onları hədəfə alırlar” məni qınayacaqlar. Ay qardaşlar "susmuş”larla və ya susmağı özünə vəzifə bilərək maariflə məşğul olanlarla işiniz yoxdu. Bəlkə siz bilmirsiniz, onlar bilirlər. Ən azından əgər şəkkiniz varsa, "filankəs qorxudan bu işi edir və ya həqiqətən vəzifəsi budur”, onda susun. Bu yəqini onlar özləri bilir. Odur ki, siz sussanızda, susmasanızda Allah qəlblərin dərinliklərində gizlənənləri bilir və bir gün yalançılarla, doğru danışanlar aşkar olacaq. Ola bilsin bəziləri üçün olub da...
Nə isə...

Bizim məsələlərimiz, problemlərimiz artıq Allahlıqdı. Düzdü Allah deyir: "səndən hərəkət məndən bərəkət”. Ancaq yenə də, dua edək, bəlkə düzəldik.

Allah bizi Peyğəmbər (s) və Onun Əhlibeytinin (s) ziyarətinə müvəffəq olanlardan qərar ver!
Allah bizi riya, ücb, təkəbbür kimi xəstəliklərdən amanda saxla!
Allah bizi mömin cildində olan münafiqlərin, şeytanların və açıq aşkar İslam düşmənlərinin şərrindən qoru!
Allah bizi düşmənlərinin süfrəsinə, dəvətinə, "təşəkkür”ünə deyil, Sənin çağırışlarına meylli et!
Allah ölkəmizdə hicab problemini tezliklə dininin sünnəsinə uyğun həll et!
Allah yuxarıda yusiflərdən yazdım, onların müşküllərini həll et!
Allah zindanda olan ruhanilərimizin hacətlərini rəva et!
Allah möminələri Xanım Zəhranın (s.ə) hicabına, əxlaqına hidayət et!
Allah möminə olmaq istəyənləri zəhərli təbliğatlardan amanda saxla!
Allah özləri cahil ola-ola İslamçıları hədəfə alanları hidayət et!
Allah kişilərimizə Həzrət Abbas (ə) qeyrətindən ver!
Allah cavanlarımıza Həzrət Əli Əkbər (ə) şücaətindən əta et!
Allah balalarımızı Həzrəti Əliəsğərə (ə) xatir hər bir pislik və bəladan hifz et!
Allah ruhanilərimizi izzətli və bərəkətli et!
Allah bizi İmam Zamanın (s.ə) və Naiblərinin dostlarından qərar ver!

P.S. Xahiş edirəm yazı xoşunuza gəlməsə belə dualardan sonra "amin” deyin. "Amin"lərinizlə dualar qəbul olar. Çünki bu duaların qəbulu hamımızın nicatı deməkdir. 
Category: Yazarlar | Views: 721 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 21.11.2024, 12:03
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012