Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 28 » Prokurorluq və DİN əməkdaşları S. Babayeva ilə bağlı Türkiyəyə ezam olunublar
17:00
Prokurorluq və DİN əməkdaşları S. Babayeva ilə bağlı Türkiyəyə ezam olunublar

Azərbaycan Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşları Türkiyəyə ezam olunublar. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə axtarışda olan Sevinc Babayeva Türkiyənin "Medicana International İstanbul Hospital” xəstəxanasında vəfat edib.

Araşdırmalarla müəyyən edilib ki, İstanbul Prokurorluğunun əməkdaşları tərəfindən Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov və S. Babayevanın qohumunun iştirakı ilə meyitə baxış keçirilib və mərhumun S. Babayeva olması müəyyənləşdirilib.

 

Xəstəxanadan verilən ilkin məlumata görə, həmin tibb müəssisəsinə başqa ad və soyadla daxil olmuş S. Babayeva ürək çatışmazlığından vəfat edib.

 

Aparılan araşdırmaların, o cümlədən ekspertizanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Azərbaycan Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşları Türkiyəyə ezam olunublar. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib ki, Azərbaycanın baş prokuroru xüsusi tapşırıq qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vasitəsi ilə Türkiyə Ədliyyə Nazirliyinə müraciət edərək Azərbaycanın hüquq mühafizə orqanlarının əməkdaşlarının ekspertizanın aparılmasında iştirak etməsi barədə məsələ qaldırıb və bu məqsədlə Azərbaycan Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşları Türkiyə Respublikasına ezam olunublar.

 

 



Category: XƏBƏRLƏR | Views: 357 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 17:27
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012