Brüsseldə keçirilən Avropa Birliyili-Rusiya zirvəsinin ardından keçirilən mətbuta konfransında çıxış edən Rusiya prezidenti Vladimir Putin Suriya mövzusunda da danışıb, - "haberturk”.
"Suriya mövzusunda bizim yanaşmamız açıq-aydın ortalıqdadır. Biz orada mövcud olan hökumətin, rəhbərliyin vəkilliyini həyata keçirmirik”, - deyə Putin vurğulayıb.
Suriyada sabitliyə səbəb olacaq bir hökumətin formalaşdırılmasını, fərqli qrupların istəklərinin nə dərəcədə nəzərə alınacağının müəyyənləşdirilməsini istəyən Putin, Suriya böhranının həlli üçün sentyabrın 30-da keçirilmiş Cenevrə toplantısında əldə edilmiş razılaşmaya sadiq qaldıqlarını bildirib.
Suriyada mübarizə aparan tərəfləri müzakirələrə dəvət edən Putin Suriyada sabitlik və demokratiya istədiklərini bildirib.
|