Rusiya prezidenti Vladimir Putin dekabrın 20-də keçirdiyi böyük mətbuat konfransında hicabla bağlı sualı cavablandırıb.
Rus xəbər saytı na istinadən xəbər verilir ki, Putin islam dininə etiqad edənlərin orta məktəbə hicabla gəlməsinin əleyhinə çıxıb: "Bizim mədəniyyətimizdə, bizim ənənəvi islamda hicab yoxdur. Bizə yad olan ənənələri niyə tətbiq etməliyik? Ənənəvi islamın nümayəndələrinə arxalanmaq lazımdılar. Onlar öz ideallarını həyatları bahasına müdafiə eləyən mərd insanlardır.
İslam Əməkdaşlıq Təşkilatının Rusiyanın müşahidəçi qismində iştirak etdiyi iclaslarının birində nüfuzlu din xadimi hicabın zorla qəbul etdirilməsinin düzgün olmadığını vurğulamışdı: "Biz bununla özümüz insanların oxumasına qadağa qoyuruq, inkişafdan qalmamıza şərait yaradırıq”. Deməli, islam dünyasının özündə də deyirlər ki, belə olmaz, yəni özgə ənənələri tətbiq etmək lazım deyil”.