Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 24 » Putinin tərbiyəsizliyi
16:44
Putinin tərbiyəsizliyi
Akif Nağı

Rusiya prezidenti Putin ənənəvi mətbuat konfransını keçirərkən jurnalistlərimizə, dolayısı ilə Azərbaycan xalqına qarşı tərbiyəsizlik etdi. Jurnalistin sual verməsinə imkan vermədi və çox qəribə bir replikada bulundu: "Bilirəm də Qarabağı soruşacaqsınız”. 

Bu hadisə tərbiyəsizlik aktı ilə yanaşı, bir sıra məqamlara da aydınlıq gətirir. Məsələn, bu kobud reaksiya onu göstərir ki, Rusiya hakimiyyətinin Qarabağla bağlı kristallaşmış mövqeyi mövcuddur, bu mövqe Azərbaycanın xeyrinə deyil və ən əsası da odur ki, Şimal qonşumuz bu mövqeyini dəyişmək fikrində deyil. Bu, həm də böyük deyilən bir ölkənin başçısının cılızlığından xəbər verirdi. O boyda dövlətin başçısı Qəbələ RLS-i, Aşqabad incikliyinin və bilmədiyimiz digər xırdalıqların hirsini, hikkəsini jurnalistlərdən, özü də bu cür ucuz formada çıxarırdı. Böyük dövlətə yaraşmayan hərəkətdi. Bəlkə biz özümüz bunları "böyük” deyib böyütmüşük, bəlkə bu "böyüklərə” münasibətimizi dəyişməliyik? Balaca Kubanın şirürəkli rəhbəri Fidel Kastro ABŞ-a münasibətdə "balaca şimal qonşumuz” ifadəsini işlətməyi xoşlayırdı. Bunu təsadüfən etmirdi, ən böyük düşmənin də üzərinə ürəklə gedirdi və qalib gəlirdi. Qələbə üçün ürək, cürət və özünəinam əsas şərtlərdir. Fərdi keyfiyyətlərinə simpatiya ilə yanaşdığım Fidel 1959-cu ilin yanvarında Kuba sahillərinə 82 nəfərlə çıxdı, sahil döyüşündə bu 82 nəfərdən 12 nəfər, o cümlədən qardaşı Raul, dostu Çe Gevara salamat qaldılar. Bu 12 nəfər dəhşətli, hamını vahimə içərisində saxlayan, Amerika kimi arxası, təkrar edirəm ABŞ kimi arxası olan Batista rejiminə qalib gəldi və ABŞ-a qarşı 40 illik müharibədən də qalib çıxdı. Biz isə qalmışıq rəzil, qorxaq, heç nəyə yaramayan Sərkisyan rejiminin əlində, nədi, nədi, guya bunun arxasında Rusiya dayanıb. Adam az qalır bağırsın ki, Cəhənnəmə dayanıb, gora dayanıb, ya Allah və irəli! Rəhmətlik dostumuz Qeyrət Quliyev deyərdi: "Allahu Əkbər, Xankəndinə qədər!”.

"Sərkisyan” demişkən, 2 məsələni də vurğulayım. Sərkisyan rusiyalı hamisinin tərbiyəsizliyindən ilham alaraq rəzilliyini nümayiş etdirdi, bildirdi ki, əgər Azərbaycan  Qarabağda müharibə başlasa, KTMT-dən (oxu: Rusiyadan) kömək istəyəcək. Adama deyərlər ki, özünün bir şeyin varsa çıx ortaya, yoxdursa, rədd ol get yerində otur. Bu, əsil erməni rəzilliyidi, özünə hörmət edən şəxs, dövlət heç vaxt bu qədər alçalmaz. Digər məqam həmin bu KTMT-nin son iclasında Qırğızıstanın prezidenti Almazbek Atambayevin mövqeyi ilə bağlıdı. O, iclasa sədrlik edirdi, ilk sözü Sərksiyana verməli idi, amma onu elə verdi ki, verməsəydi və ya itə versəydi, ondan yaxşı idi. Mən həmin iclası "Mir” kanalında izləyirdim, Atambayev təxminən belə dedi: ilk sözü qaydaya uyğun olaraq əlifba sırası ilə verirəm, Ermənistan buyursun, nə itin adını çəkdi, nədə başqa bir etiket qaydasına əməl etdi. Digər ölkələri isə xüsusi hörmətlə, prezidentləri adları, atalarının adları ilə təqdim etdi. Ola bilər ki, kimin üçünsə bu, adi görünsün, mənim münasibətim yersiz hesab edilsin. Kim nə deyir, desin, bu, mənə ləzzət elədi. Birincisi, ona görə ki, Sərkisyanı it yerinə də saymadığını göstərdi. İkincisi, bu kişi vaxtilə Ermənistan deyilən yerdəqondarma "erməni soyqırımı”  abidəciyinə gül qoymuş və bu günə qədər də səhvini başa düşməmiş sələfindən fərqli olaraq xeyli irəli gedib. Və nəhayət, üçüncüsü, bu hadisə göstərir ki,  Ermənistan deyilən ölkə KTMT dediyi quruma çox da güvənməməlidir, orda işğalçı dövlətlə bağlı vahid fikir yoxdur. Sabah Rusiya Ermənistan tərəfindən müharibəyə girmək istəsə, bunun KTMT- dəki müttəfiqlərinə izah etməli olcaq və izah edə bilməyəcək. Çox güman ki, KTMT Rusiya üçün bir buxov, əyləc rolunu oynayacaq. Sərkisyanlar bunu bilməmiş deyillər. Bunu bizim də bilməyimiz gərəkdi. Məlum ifadədəki kimi: "O şey ki, bizə mane olurdu, indi kömək edəcək”. 
Yetər ki, müharibəni başlayaq, əngəl hesab etdiyimiz çox şeylər köməkçilərimizə çevriləcək. Buna əmin ola bilərsiniz.


Category: XƏBƏRLƏR | Views: 394 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 21.11.2024, 18:39
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012