Norveçdə Yeni il bayramını tək keçirmək istəməyən 88 yaşlı təqaüdçü qadın əlacı qəzetdə elan verməkdə görüb.
Azeri-Xeber.ucoz.com xarici mətbuata istinadən xəbər verir ki, o, Yeni il bayramı öncəsi "Aftenpost" qəzetinə elan da verib: "Ailəsiz tənha qadınam. Yeni il bayramını birlikdə keçirə biləcək insanları axtarıram. Bunun müqabilində yaxşı pul da təklif edirəm".
Yaşlı qadının verdiyi elandan sonra ölkədə "yadlaşma" məsələsi ciddi müzakirə obyektinə çevrilib. Elan verən qəzet isə yaşlı qadının evindən reportaj hazırlayıb.
88 yaşlı qadın mətbuata açıqlamasında bu addımı məcburiyyətdən atdığını deyib: "Yeni il günü tək qalmamaq üçün belə bir elan verdim. Heç kimə də borclu qalmamaq üçün pul təklif etdim".
Həyat yoldaşını 1983-cü ildə itirən Reidum Orest keçən il isə oğlunu və qardaşının itirdiyini deyib.
|