Ağlasığmaz cinayət Yunanıstanın Ksanti şəhərində törədilib Yunanıstanda ağlasığmaz cinayət törədilib.Məlumata görə, dünən Yunanıstanın şimalında, Ksanti şəhərində 37 yaşlı qadın zorlanaraq döyülüb, sonradan isə diri-diri yandırılıb. Belə ki, naməlum şəxs 37 yaşlı qadını yaşadığı evin qapısının ağzında zorlayıb. Onun bədənində çoxsaylı xəsarətlər aşkarlanıb. Həmçinin qadının bədənində 2 bıçaq zərbəsi və başında isə kəllə-beyin travması müəyyən edilib.
Müəyyən edilib ki, qadın zorlandıqdan, möhkəm döyüldükdən və bıçaqlandıqdan sonra diri-diri yandırılıb. Cinayətkar onun bədəninə benzin tökərək yandırıb. Qadının fəryadına qonşuları, həmçinin qadının atası hadisə yerinə gəlsə də, artıq çox gec olub. Qadının bədəni tanınmaz hala düşdüyündən ilk öncə onu tanımaq mümkün olmayıb. Lakin sonradan kişi qızını üstündə evlərinin açarını gördükdən sonra tanıyıb.
Polis cinayətdə şübhəli bilinən yaxınlıqdakı mağazanın sahibi 35 yaşlı kişini saxlayıb. Onun avtomobilindəki barmaq izləri, qadından götürülən nümunələr və hadisə şahidlərinin ifadələri saxlanılan şəxsin cinayəti törətdiyini bir daha sübut edib.
Qeyd edək ki, qadın başqa şəhərdə yaşayırmış və Milad bayramını valideynləri ilə birlikdə keçirmək üçün bura gəlbimiş. Qadının cənazəsi bu gün dəfn edilib.
|