Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 19 » Qarabağda canından keçən şəxs hələdə əziyyət içindədir
11:32
Qarabağda canından keçən şəxs hələdə əziyyət içindədir
əlilabad rayonundan redaksiyamıza şikayət məktubu daxil olub. Qarabağ döyüşçüsüsünün məktubunu olduğu kimi təqdim edirik:

Mən Ağayev Mehdi Kamil oğlu 1974-cü ildə Cəlilabad rayonunun Alıqasımlı kəndində anadan olmuşam. 1993-
cü ilin yanvar ayında Qarabağ müharibəsinin qızğın çağında hərbi xidmətə getmişəm. 3 gün Nasosnuda qaldıq,
ordan bölündük, Qusarda yerləşən 888 saylı hərbi hissəyə düşdüm. Təxminən 1 ay qaldıqdan sonra bizi Ağdərə
istiqamətində döyüşlərə apardılar. Komandirimiz Anarın rəhbərliyi altında vətən uğrunda döyüşlərdə iştirak etdik.
Anar özü sonradan qəhrəmanlıqla həlak oldu. Mən 1993-cü il aprel ayının 12-də sağ budumdan güllə yarası aldım.
ərtər hospitalında 9 gün yatdım, sonra vertolyotla Bakıya qaldırıldım. Sabunçuda Əziz Əliyev adına xəstəxanada 1 ay
qaldım, müalicə aldım. Ordan 145 nömrəli poliklinikaya komsovat olunmaq üçün göndərildim. Orda 10 min manat
yardım aldım, Cəlilabada göndərildim. Cəlilabad hərbi komissarlığında qeydiyyata düşdüm. Burda da mənə 20 min
manat qanpulu verildi.

145 nömrəli poliklinikanın müdiri mənə dedi ki, get komandirindən kağıza peçat vurdur gətir. Qusara hərbi
hissəyə getdim. Orda sənədin üstünü yazdılar, qolladılar, amma dedilər ki, peçat bizdə deyil, Nasosnudadır, get orda
peçatlatdır. Nasosnuya getməyə imkanım olmadı, özüm yaralıydım, atam xəstə idi. O vaxtdan bir peçata görə ilişib
qalmışam, veteran vəsiqəsi ala bilmirəm. Mənə veteran vəsiqəsi almaqda kömək edin. Uzun müddətdir ki, gedib
gəlirəm, savadsız, imkansız adamam, heç kim mənə real bir söz demir. Axı mən vətən uğrunda canımı qoymuşam.
Qarabağ veteranı kimi, 95 manat hər ay pensiya və üstəgəl, 50 manat Prezident təqaüdü alıram. Bircə istəyim
veteran vəsiqəmin verilməsidir. Dövlət orqanlarına müraciət etdikdən sonra sənədlərim MN-nin Mərkəzi Arxivinə
göndərilib. Ordan göndərilmiş 888 saylı hərbi hissə komandirinin əmrindən çıxarışda göstərilir ki, mənə sıravi
rütbəsi verilib və kursant təyin olunmuşam. 888 saylı hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabından
şıxarışda Goran təlim mərkəzində hərbi xidmət keçməyim də göstərilib. Lakin bildirilir ki, təlim mərkəzindən
döyüş zonasına göndərilən zaman "əmrə adlı siyahı əlavə olunmadığı üçün sizin adınızın həmin siyahıda olmasını
əmr üzrə təsdiq edə bilmirik”. Cəhənnəmə yoxdur, gorun dibinə yoxdur! Mənəmmi günahkar?! Qolumuzdan tutub
zorla döyüşə göndəriblər, indi də deyirlər göndərəndə siyahı tutmamışıq, odur ki adını dəqiq tapa bilmirik. Yəqin
ki hərbi hissədən qaçıb döyüşə getməsəydim mənim haqqımda cinayət işi açılardı. Sonadək döyüşmüşəm ki, tam
qurtarıb geri dönmüşəm. Bir daha bildirirəm ki, bu yoldaşlar yeyib yatanda mən ağır döyüşlərdə olmuşam. Görünür
səhv etmişəm, yoxsa mənimlə bu formada məzələnməzilər. Qəribə məntiqdir: briqada döyüşə yollanıb, amma adlı
siyahı çıxarmamışıq, odur ki, bağışlayın, yemədiniz getdiniz! Məgər o adlı siyahını dəftər-qələm götürüb mənmi
çıxarmalıydım? Rəhim Qazıyev hərbi hissəmizə gəldi, dedi bunları burda niyə saxlamısınız, göndərin döyüşə. Təcili
surətdə bizi Ağdərə-Tərtət istiqamətinə yola saldılar, heç hərbi biletimizi də götürməyə imkan vermədilər. Ştab
Ağdərənin özündə yerləşdi, biz isə Mardakert kəndində qərar tutmuşduq, döyüşür, torpaqlarımızı qoruyurduq. Mən
bir vətən müharibəsində iştirak etmiş döyüşçü kimi, tələb edirəm ki, mənim veteran vəsiqəmi heç bir nomenklatur
süründürməçilik olmadan özümə qaytarın.

Mən o hakimiyyət uğrunda, kreslo tutmaq üstündə yaradılan süni müharibədə yarımçılıq olub gəlmişəm.
Tez-tez xalqı torpaqları müharibə yolu ilə almağa səsləyirlər. Bundan sonra hansı axmaq gedib vətən uğrunda
vuruşar? Bilirsinizmi, Qarabağ müharibəsi veteranlarını nə kökə qoyublar? Hansı Qarabağ qaçqınını dindirirsən,
cibindən veteran vəsiqəsi çıxır, biz isə halal vəsiqəmizi ala bilmirik. Mənim yaralanmağım haqda sənədlər 145 saylı
poliklinikadadır. Yaralı əsgərləri ordan komsovat edib evə yollayırdılar. Müdafiə Nazirliyi Mərkəzi hərbi həkim
komissiyasının qərarında qeyd olunur ki, "hərbi travma, hərbi xidmət vəzifələrini yerinə yetirərkən” güllə yarası
almışdır. Mənə deyirlər ki, MN hüquq idarəsi məsələyə hüquqi qiymət verməlidir. Niyə məni və mənim kimi canını
bunların yolunda qoymuş insanları ələ salırlar? Nə hüquqi qiymət? Qoy göndərilən sənədləri araşdırıb haqqımızı
bərpa etsinlər. 20 ildir ki, mən yollarda həlak olmuşam, amma veteran knijkamı ala bilmirəm. Mən müharibədə
ağır xəstəlik tapmışam, illərdir müalicə olunuram, xeyri yoxdur. Ailəmin qazandığı hamısı mənim dərmanlarıma
gedir. Bədənimdə güllə qırıntısı gəzdirirəm. Xahiş edirəm ki xidmətlərimizə qiymət verəsiniz və veteran vəsiqəsi
alınmağıma yaradılan əngəlləri aradan qaldırasınız.

Ağayev Mehdi Kamil oğlu

Cəlilabad rayonu Alıqasımlı kəndi

Telefonum: 050 611 49 80
Category: XƏBƏRLƏR | Views: 375 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 07:52
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012