Türkiyədə hamımı şoka salan hadisə baş verib.
Azeri-Xeber.ucoz.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, Bartın şəhərində 18 yaşlı qız polisə atasından şikayət edib. O, bildirib ki, hamamda çimərkən 48 yaşlı atası qapının arasından ona baxır.
Adı anonim saxlanılan qız atasının əvvəllər ona qarşı seksual xarakterli hərəkətlərə yol verdiyini də iddia edib. Qızın şikayəti ilə əlaqədar polis onun atasını saxlayıb. Ata isə bu addımını qızının əvvəllər evdən qaçması ilə izah edib. O, bildirib ki, qızı polisə şikayət etməklə atasının həbsi ediləcəyini, bununla da ondan xilas olacağını düşünür. Faktla bağlı araşdırma aparılır.
|