Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 18 » Ərəbistanın Suriya ilə bağlı daha bir məxfi sənədi ifşa olunub
12:45
Ərəbistanın Suriya ilə bağlı daha bir məxfi sənədi ifşa olunub
"Deyirlər adın siyahıda yoxdur, cəhənnəmə yoxdur, gorun dibinə yoxdur, mənəmmi günahkar?!”

Mən Ağayev Mehdi Kamil oğlu 1974-cü ildə Cəlilabad rayonunun Alıqasımlı kəndində anadan olmuşam. 1993-cü ilin yanvar ayında Qarabağ müharibəsinin qızğın çağında hərbi xidmətə getmişəm. 3 gün Nasosnuda qaldıq, oradan bölündük, Qusarda yerləşən "N” saylı hərbi hissəyə düşdüm. Təxminən 1 ay qaldıqdan sonra bizi Ağdərə istiqamətində döyüşlərə apardılar. Komandirimiz Anarın rəhbərliyi altında vətən uğrunda döyüşlərdə iştirak etdik. Anar özü sonradan qəhrəmanlıqla həlak oldu. Mən 1993-cü il aprel ayının 12-də sağ budumdan güllə yarası aldım. Tərtər hospitalında 9 gün yatdım, sonra vertolyotla Bakıya qaldırıldım. Sabunçuda Əziz Əliyev adına xəstəxanada 1 ay qaldım, müalicə aldım. Oradan 145 nömrəli poliklinikaya "komsovat” olunmaq üçün göndərildim. 10 min manat yardım aldım, Cəlilabada göndərildim. Cəlilabad hərbi komissarlığında qeydiyyata düşdüm. Burda da mənə 20 min manat qan pulu verildi.

145 nömrəli poliklinikanın müdiri mənə dedi ki, get komandirindən kağıza möhür vurdur gətir. Qusara hərbi hissəyə getdim. Orda sənədin üstünü yazdılar, qolladılar, amma dedilər ki, möhür bizdə deyil, Nasosnudadır, get ora. Nasosnuya getməyə imkanım olmadı, özüm yaralıydım, atam xəstə idi. O vaxtdan bir möhürə görə ilişib qalmışam, veteran vəsiqəsi ala bilmirəm. Mənə veteran vəsiqəsi almaqda kömək edin. Uzun müddətdir ki, gedib gəlirəm, savadsız, imkansız adamam, heç kim mənə real bir söz demir. Axı mən vətən uğrunda canımı qoymuşam. Qarabağ veteranı kimi, 95 manat hər ay pensiya və üstəgəl, 50 manat Prezident təqaüdü alıram. Bircə istəyim veteran vəsiqəmin verilməsidir. Dövlət orqanlarına müraciət etdikdən sonra sənədlərim MN-nin Mərkəzi Arxivinə göndərilib. Oradan göndərilmiş "N” saylı hərbi hissə komandirinin əmrindən çıxarışda göstərilir ki, mənə sıravi rütbəsi verilib və kursant təyin olunmuşam. "N” saylı hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabından şıxarışda Goran təlim mərkəzində hərbi xidmət keçməyim də göstərilib. Lakin bildirilir ki, təlim mərkəzindən döyüş zonasına göndərilən zaman "əmrə adlı siyahı əlavə olunmadığı üçün sizin adınızın həmin siyahıda olmasını əmr üzrə təsdiq edə bilmirik”. Cəhənnəmə yoxdur, gorun dibinə yoxdur! Mənəmmi günahkar?! Yəqin ki, hərbi hissədən qaçıb döyüşə getməsəydim, mənim haqqımda cinayət işi açılardı. Sonadək döyüşmüşəm ki, tam qurtarıb geri dönmüşəm. Bir daha bildirirəm ki, bu yoldaşlar yeyib yatanda mən ağır döyüşlərdə olmuşam. Görünür səhv etmişəm, yoxsa mənimlə bu formada məzələnməzdilər. Qəribə məntiqdir: briqada döyüşə yollanıb, amma adlı siyahı çıxarmamışıq, odur ki, bağışlayın, yemədiniz getdiniz! Məgər o adlı siyahını dəftər-qələm götürüb mənmi çıxarmalıydım? Rəhim Qazıyev hərbi hissəmizə gəldi, dedi bunları burda niyə saxlamısınız, göndərin döyüşə. Təcili surətdə bizi Ağdərə-Tərtət istiqamətinə yola saldılar, heç hərbi biletimizi də götürməyə imkan vermədilər. Ştab Ağdərənin özündə yerləşdi, biz isə Mardakert kəndində qərar tutmuşduq, döyüşür, torpaqlarımızı qoruyurduq. Mən bir vətən müharibəsində iştirak etmiş döyüşçü kimi tələb edirəm ki, mənim veteran vəsiqəmi heç bir nomenklatur süründürməçilik olmadan özümə qaytarın.

Mən o hakimiyyət uğrunda, kreslo tutmaq üstündə yaradılan süni müharibədə yarımçıq olub gəlmişəm. Tez-tez xalqı torpaqları müharibə yolu ilə almağa səsləyirlər. Bundan sonra hansı axmaq gedib vətən uğrunda vuruşar? Bilirsinizmi, Qarabağ müharibəsi veteranlarını nə kökə qoyublar? Hansı Qarabağ qaçqınını dindirirsən, cibindən veteran vəsiqəsi çıxır, biz isə halal vəsiqəmizi ala bilmirik. Mənim yaralanmağım haqda sənədlər 145 saylı poliklinikadadır. Yaralı əsgərləri oradan "komsovat” edib evə yollayırdılar. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında qeyd olunur ki, "hərbi travma, hərbi xidmət vəzifələrini yerinə yetirərkən” güllə yarası almışdır. Mənə deyirlər ki, MN hüquq idarəsi məsələyə hüquqi qiymət verməlidir. Niyə məni və mənim kimi canını bunların yolunda qoymuş insanları ələ salırlar? Nə hüquqi qiymət? Qoy göndərilən sənədləri araşdırıb haqqımızı bərpa etsinlər. 20 ildir ki, mən yollarda həlak olmuşam, amma veteran "knijkamı” ala bilmirəm. Mən müharibədə ağır xəstəlik tapmışam, illərdir müalicə olunuram, xeyri yoxdur. Ailəmin qazandığı hamısı mənim dərmanlarıma gedir. Bədənimdə güllə qırıntısı gəzdirirəm. Xahiş edirəm ki xidmətlərimizə qiymət verəsiniz və veteran vəsiqəsi alınmağıma yaradılan əngəlləri aradan qaldırasınız.


Ağayev Mehdi Kamil oğlu
Cəlilabad rayonu Alıqasımlı kəndi

Category: XƏBƏRLƏR | Views: 361 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 17:05
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012