Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 30 » Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində Azərbaycandan danışıb
09:18
Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində Azərbaycandan danışıb

Türkiyə və Azərbaycan Avropa enerji təhlükəsizliyinin təminində mühüm məsafə qət edib”

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 2012-ci ilin yekunları ilə bağlı xalqa müraciət edib. Ərdoğan müraciətində TANAP layihəsini imzalayaraq Türkiyə və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm addım atdığını qeyd edib. 


"Cari ilin iyun ayında biz Azərbaycan Prezidenti İlham Əliyev ilə bütün Avrasiyanı yaxından maraqlandıran və qlobal əhəmiyyətə malik olan bir layihənin imza mərasimini keçirdik. Təqribən 7 milyard dollar dəyəri olan TANAP layihəsinin imzalanması ilə Türkiyə və Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm məsafə qət etdilər” – deyə Ərdoğan bildirib. 

Türkiyənin Baş naziri Bakı-Tbilisi-Qars dəmir yolu və "Marmaray” xəttinin regionun inkişafına təkan verəcəyini də vurğulayıb. 
Category: XƏBƏRLƏR | Views: 312 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 12:58
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012