Rəsmi Moskva Suriya məsələsində ABŞ ilə heç bir plan həyata keçirməyəcək. Xarici mediaya istinadən xəbər verilir ki, bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin bu gün yaydığı məlumatda əksini tapıb.
Rusiya XİN-in yaydığı məlumatda Suriya münaqişəsində Rusiya ilə ABŞ arasında birgə həll planın mövcudluğunu təkzib edib. Nazirliyin rəsmisi Aleksandr Lukaşeviç "Suriyada 2014-cü ildə yaradılacaq keçid hökuməti ilə bağlı Rusiya və ABŞ-ın birgə planı varmı" sualına cavab olaraq belə bir planın olmadığını deyib: "Belə bir plan olmayıb və yoxdur. Bundan sonra da müzakirə mövzusu ola bilməz". |