"Elşad Abdullayevin video çarxına baxıb dəhşətə gəldim. Əcaba bu rejimdi? Məgər buna görə Milli Azadlıq Hərəkatına qoşulduq? Buna görəmi müstəqillik uğrunda bu qədər şəhid verdik? Nə qədər saxtakarlıq, riyakarlıq, nadanlıq, qisasçılıq görəcəyik?
Bu millət niyə bu günə düşüb? Nə iqtidara, nə də müxalifətə inam qalıb. Müxalifət vahid namizəd irəli sürmür, millət isə məhv olub gedir. Ölkədə kriminal dövlət səviyyəsində amansızcasına davam edir”.
Bu sözləri Gunxeber.com-a göndərdiyi məqalədə Hollandiyada yaşayan Avropada "Azərbaycan Dostları” Cəmiyyətinin sədri Elman Mustafazadə yazıb.
Müəllif daha sonar məqaləsində yazır:
"Artıq qürbət həyatım 23 ilinə keçəcək. Vətənin isə yalnız adı qalıb. Orada nə yaşamaq, nə işləmək mümkündü!!! İnsanları oğurlanan, öldürülən, qarət olan ölkədə necə yaşayasan?
Ölkə namərdlər ölkəsi olub!!!. Bu ölkədə nə Qafqaz, nə türk, nə Azərbaycan mərdliyi qalıb. Atanın qisasını oğuldan, bacıdan, qardaşdan alırlar… Belə mərdlik olurmu?
Yadıma bir hadisə düşür. OMON-u gülləbaran edən yüksək çinli bir məmurun oğlu Avropada təsadüfən keşmiş döyüşçülərlə bir məclisə düşür. Keçmiş döyüşçülər onu tanıyıb başqa fikirə düşürlər. Mahir Cavadova xəbər verərək ondan qərar qəbul etməsini xahiş edirlər. Mahir Cavadov isə deyir ki, biz onun atası ilə düşmənik, övladı ilə yox.
Bax budur Azərbaycan mərdliyi. Azərbaycanda isə qisasçılıq ara vermir. Adamın qisasını anasından, bacısından, övladından almağa belə usanmırlar.
Mən ömrüm boyu seçkilərdə iştirak etməmişəm.
Çünki sovet dövründə seçki olmazdı, müstəqillik illərindən isə Azərbaycandan kənardayam. Qürbətdə isə çox müxalifətçi gördüm. Heç nə deməyəcəm. Tanrı özü bilsin və bu millətə rəhm eləsin.
Qarşıdan isə Azərbaycanda prezident seçkiləri gəlir. Hamı öz mövqeyini ortaya qoymalıdı. Mənim zənnimcə ölkəyə rəhbər o vətəndaş ola bilər ki, Azərbaycanda bölgəsindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq hər kəsi öz övladı, anası, atası bilsin.
Belə bir insane isə Azərbaycanda var!!! Bu insanın heç bir titulunu, ad-sanını sadalamağa ehtiyac yoxdu. Bu Azərbaycan siyalısı Rafiq Əliyevdi.
Rafiq Əliyevin namizədliyini irəli sürüb dəstək versəniz Azərbaycan hüquqi dövlətə çevriləcək.
Əgər Azərbaycandan kənarda namizəd axtarırsınızsa, 23 il qürbətdə yaşadığım üçün Azərbaycana prezident olmağa layiq bir neçə şəxs gördüm.
Onlardan biri polkovnik İsa Sadıqovdu.
İsa Sadıqovu bir vətənpərvər, ədalətli, cəsatrətli şəxs kimi bütün soydaşlarımız tanıyır.
Vicdanı olan heç bir kəs bunu inkar edə bilməz. Peşəkar hərbiçi kimi isə onun faliyyətini bütün dəyərli əsgərlərimiz təsdiqləyə bilər.
Avropada "Azərbaycan Dostları” Cəmiyyəti Azərbaycandan Rafiq Əliyevi, Avropadan isə İsa Sadıqovu namizəd görmək istəyir.
Azərbaycanda bölgəçiliyə, korrupsiyaya, mafiyaya son vermək istəyirsinizsə bizim namizədlərdən birini seçib, dəstəkləməyinizi tövsiyə edirik. Bu qərar Avropada yaşayan diaspor fəalları ilə iki həftəlik müzakirələrdən sonar qəbul edilib.
Tanrı Azərbaycanı qorusun” Tanrı ədaləti, haqqı, demokratiyanı qorusun!!!”