Prezident Yanında Əfv Məsələləri Komissiyasının iclaslarına start verilib. Komissiyadan Moderator.az-a verilən xəbərdə bildirilir ki, artıq komissiyanın üzvləri iki gündür ki, Ramiz Mehdiyevin sədrliyi ilə toplanır.
İclasda komissiyaya əfvlə bağlı daxil olan müraciətlər müzakirə edilib. Məlumata görə, son iki iclasda siyasi məhubslarla bağlı müzakirələr olmayıb. Siyasi məhbuslarla bağlı müzakirələrin komissiyanın son iclaslarında qabardılacağı bildirilir. Məlumata görə, komissiyanın toplanmasına səbəb prezidentin bu ayın sonunda əfv fərmanı imzalayacağına dair qərarın qəti olmasıdır.