Livanın "Daily Star" qəzetindən verdiyi məlumata görə, İraq ordusu Şimali İraqa girərsə, Türkiyə müdaxilə etmək məcburiyyətində qalacaq.
Azeri-xeber.ucoz.com-un xarici mediaya istinadən məlumatına görə, qəzet iddia edir ki, bununla bağlı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Məsud Bərzaniyə söz verib.
Türkiyənin "Hürriyət" qəzeti isə yazır ki, livanlı jurnalistlər Ərdoğanın Bərzaniyə hərbi dəstək verəcəyini iddia edirlər. Onların yazdığı məlumatlarda bildirilir ki, baş nazir İraq ordusu kürd bölgəsinə hərbi müdaxilə edəcəyi halda İraqa istənilən qədər hərbi yardım edəcəyi barədə vəd verib. |