Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 29 » Rusiya yeni RLS-lər tikəcək
12:58
Rusiya yeni RLS-lər tikəcək

Zərdüşt Əlizadə: "Rusiyanın Çinə təcavüzkarlıq niyyəti yoxdur”

Rusiya 2013-cü ildə Krasnoyarsk və Altay vilayətlərində yeni RLS-lər tikəcək. Bu barədə Rusiya müdafiə nazirinin müavini general-polkovnik Oleq Ostapenko bildirib. Onun sözlərinə görə, Armavirdəki RLS-in dövlət sınağından keçmə mərhələsində olduğunu söyləyib: "Stansiya artıq bu gün üçün tapşırıqları yerinə yetirməyə hazırdır. Stansiyanın döyüş növbəsinə gətirilməsini isə yaxın vaxtlarda biləcəksiniz”.


Qeyd edək ki, 2002-ci ildə imzalanmış sazişə müvafiq olaraq, Rusiya RLS-in icarəsinə görə Azərbaycana ildə 7 milyon dollar ödəyib. Azərbaycan növbəti illərdə RLS-in icarəsi üçün Rusiyadan illik 300 milyon dollar istəyib. Rusiya Qəbələ RLS-də istismarı dayandırandan sonra Armavirdəki RLS-i işə salmağı planlaşdırırdı. Lakin Rusiyanın hazırkı ideyası Krasnoyarsk və Altay vilayətlərində yeni RLS-lərdir. Rusiya yeni RLS-lərlə hansı ölkənin hava məkanındakı məlumatlarını öyrənməyi və nəzarətdə saxlamağı hədəfləyir? 

Politoloq Zərdüşt Əlizadə   açıqlamasında deyib ki, radiolokasiya sırf müdafiə vasitəsidir. Onun sözlərinə görə, RLS-lər yalnız və yalnız elektormaqnit dalğalarını yaymaqla hansısa bir fəzada uçan obyektlərin hündürlüyü, sürəti və istiqaməti haqqında məlumat verir: "Əgər ölkənin güclü havadan müdafiə sistemi varsa, RLS-lər həmin müdafiə sisteminə düşmən hədəf gələrsə, onun vurulması üçün şərait yaranmasına kömək edir”. 

Z.Əlizadənin fikrincə, Rusiyanın yeni RLS-lər tikməsi tamamilə anlaşılandır: "SSRİ-nin süqutundan sonra Rusiyanın özünün havadan müdafiə sistemi xeyli dağılıb və zəifləyib, indi bunları qismən bərpa etməyə çalışır. Hər bir ölkə özünü havadan müdafiə etmək sisteminə malik olmalıdır. Xüsusilə böyük, zəngin təbii sərvətləri və fərqli siyasi mövqeyi olan ölkə mütləq özünü müdafiə etməyi bacarmalıdır. Krasnoyarsk və Altaydakı RLS-lərin antenası cənuba doğru yönələcək. Krasnoyarskdakı Çinə, Altaydakı isə Əfqanıstana tərəf yönələcək”. 

Onun sözlərinə görə, Rusiyanın heç bir təcavüzkarlıq niyyəti yoxdur. Sadəcə olaraq, müasir ölkələr kosmos və havada hansı obyektlərin necə uçması haqqında informasiya almaq istəyir. 

Qəbələ RLS-ə gəlincə, politoloq bildirib ki, onun nə vaxtsa bağlanacağı hamıya bəlli idi: "Rusiya çoxdan "Voronej-DM” tipli RLS-lər tikirdi. Armavirdəki RLS-də qismən Qəbələ RLS-in yerini tutmağa hazırlaşırdı. Qəbələ RLS-in bağlatmasının əsas səbəbi ondan ibarət idi ki, Azərbaycan Rusiya hərbi sisteminin ölkənin düz mərkəzində yerləşməsini istəmirdi”.

Z.Əlizadə qeyd edib ki, Rusiya bir neçə RLS tikməyi planlaşdırır: "Rusiya kimi böyük və qüdrətli ölkə öz hava məkanında nə baş verdiyini bilməlidir. Sovet dövründə hava hücumundan müdafiə qoşunları çox qüdrətli idi. İndi də Rusiya tədricən bunu bərpa etmək istəyir. RLS-in məqsədi təkcə düşmən təyyarələri yox, həm də dost təyyarələrini izləməkdir. RLS-in məlumatı hamıya çatdırılır, o cümlədən mülki hava aviasiyasının uçuşlarına da xidmət edir. Bir çox hallarda icazəsiz gələn yad raketlər də tutulur və bu barədə xəbər verilir. Hər bir RLS-in özünün tanıma sistemləri var və bu sistemlər yad və doğma obyektlər arasında fərqi o saat bildirir. Bu baxımdan Rusiyanın Çin istiqamətində radiolokasiya sistemi qurması əsla Çinə düşmənçilik əlaməti deyil. Əminəm ki, Çinin də RLS-ləri Rusiya istiqamətində hava fəzasını izləyir”.
Category: XƏBƏRLƏR | Views: 373 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Sunday, 24.11.2024, 15:16
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012