Rusiyanın Altay vilayətini hüquq-mühafizə orqanları Barnaulda narkotik satışı ilə məşğul olan cinayətkar qrupu ifşa edib. "İnterfax” agentliyinə istinadən verilən xəbərə görə, cinayətkar qrupun başçısı əvvəllər məhkum olmuş Azərbaycan vətəndaşıdır. Qrup üzvlərindən 17 qram heroin, həşiş, "Kalaşnikov” avtomatı, 7,62 mm kalibrli patronlar, ov tüfəngi, soyuq silah götürülüb. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 222 və 228 maddələri üzrə (silahın və narkotik vasitələrin qanunsuz saxlanılması və satışı) cinayət işi qaldırılıb, istintaq davam edir. Qruplaşma üzvləri 4 ilə qədər azadlıqdan məhrum ola bilər.
|