Rusiya səfirliyi il ərzində fərqlənən jurnalistləri və media qurumlarını mükafatlandırıb. Xəbər görə mükafatları jurnalistlərə Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin təqdim edib. Səfir bildirib ki, bu müküfatlandırma ənənəvi xarakter daşıyır və hər il yeni il qabağı həyata keçirilir. Azərbaycan mediasına Rusiyaya göstərdiyi diqqətə görə təşəkkür edirəm. Rusiyada onun sərhədlərini aşan çoxlu hadisələr baş verir. Rusiyada siyasi həyatın fəallaşması, mülki cəmiyyətin qurulması, əldə edilmiş sosial nailiyyətlərin qorunub saxlanması prosesi gedir. Bu proseslərin bir qismi də Azərbaycan KİV-lərində yer alır. O deyib: "Hərdən bəzi yazıları oxumağı təəssüf doğurur. Lakin biz mətbuatın azadlığının mövcudluğuna hörmətlə yanaşırıq. 2012-ci ildə yazılası çox şeylər olur. Siyasi-iqtisadi əlaqələr, xüsusən Azərbaycanla Rusiyanın regionları arasında olan əlaqələr fəal inkişaf edir. Ticarət dövriyyəsinin həcmi 3 milyard dollara çatır. Biz bundan sonra da Azərbaycan mediası ilə sıx əməkdaşlığımız davam etdirəcəyik". Sonda jurnalistlərə səfirliyin fəxri diplomları və pul mükafatları təqdim edilib.
|