Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 25 » Rüşvət almaqda suçlanan baş həkimin şikayəti təmin edilmədi
12:15
Rüşvət almaqda suçlanan baş həkimin şikayəti təmin edilmədi
Bu gün Bakı Apelyasiya Məhkəməsində rüşvət almaqda ittiham olunan Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Oktay Salamovun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb. 

Azeri-Xeber.ucoz.com xəbər verir ki, Oktay Salamov Tibbi Sosial Ekspert Komissiyasına 88 nömrəli göndərişin verilməsi üçün xəstəxananın Buzovna qəsəbəsində yerləşən inzibati binasındakı xidməti otağında Bakı şəhər sakinindən 3 min manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Oktay Salamovun xidməti otağına baxış keçirilərkən qəzetə bükülmüş 30 ədəd 100 manatlıq əskinaslarla - cəmi 3 min manat məbləğində pul və vətəndaşın adı qeyd olunmuş qeydiyyat kitabçası maddi sübut kimi götürülüb. O, Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Oktay Salamov 4 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, şikayətində cəzasının yünghülləşdirilməsini istəyib.

Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Oktay Salamovun apelyasiya şikayəti təmin edilməyib.
Category: Maraqlı | Views: 449 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 14:31
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012