Müxalif xəbər mənbələri əş Şəlalın daha əvvəldən Azad Suriya ordusu ilə rabitəsi olduğunu bildirib
Suriyada hakim "Bəəs” rejiminin hərbi polis (jandarm) rəisi general-mayor Cəsim Əbdüləziz əş Şəlal müxalifət sıralarına keçib. Bu barədə məlumatı yayan "əl-Ərəbiyyə” telekanalı əş Şəlalın video-müraciətini nümayiş etdirib. Müraciətdə Əbdüləziz əş Şəlal Əsəd ordusu öz xalqını qətlə yetirən cinayətkar dəstəyə döndüyü üçün belə bir addım atdığını deyir.