Venesuela XİN Suriya prezidentinin Çavesə məktub yazdığını təsdiqləyib.
"Akşam" qəzetinin xəbərinə görə, Venesuela XİN Suriya prezidentinin Çavesə məktub yazdığını təsdiqləyib.Türkiyənin Karakas səfirliyinə məlumat verən Venesuela Xarici İşlər Nazirliyi rəsmiləri Suriya prezidenti Bəşər Əsədin siyasi sığınacaq üçün Çavesə məktub göndərdiyinə dair iddiaları təsdiqləyiblər.
"Akşam" qəzetinin xəbərinə görə, Türkiyə tərəfi bu iddialarla bağlı Venesuelanın rəsmi dairələrinə müraciət edib. Venesuela Xarici İşlər Nazirliyi isə Əsədin Çavesə bir məktub yazdığını təsdiqləyiblər, ancaq məktubun məzmunu ilə bağlı məlumat verməyiblər.
"Akşam" xatırladır ki, Suriya xarici işlər nazirinin müavini Faysal Mikdad dekabrın əvvəlində Kuba, Venesuela və Ekvadorda görüşlər keçirib. Mikdadın bu ölkələrə apardığı məktublarda Əsədə sığınacaq tələblərinin yer aldığı iddia edilsə də, bu iddialar Suriya iqtidarı tərəfindən təkzib edilib. Əsəd bir müddət əvvəl "Russia Today" televiziyasına verdiyi müsahibədə Dəməşqdə öləcəyini söyləyib.