Cihad Makdisi Amerika casusu imiş
Suriya hökumətinin keçmiş mətbuat katibi Cihad Makdisi Amerika casusu imiş. Bu barədə məlumatı "The Guardian” yayıb. Qəzetin yazdığına görə, bu ilin noyabrında Amerika xüsusi xidmət əməkdaşları C.Makdisinin Suriyadan Beyruta, oradan da ABŞ-a qaçmasına kömək edib. Amerikada isə o, siyasi sığınacaq alıb. Ancaq Suriya hökuməti Makdisinin ölkədən qaçmasını inkar edib.
"Hizbullah”a məxsus telekanal isə Makdisinin vəzifəsindən azad edildiyini bildirib.