Main » 2012 » December » 22 » Sabah Bakıda sulu qar yağacaq
13:43 Sabah Bakıda sulu qar yağacaq |
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, əsasən gecə saatlarında yarımadanın bəzi yerlərində yağışın sulu qarla əvəz olunacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 0-3, gündüz 3-6 dərəcə isti təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 7-12, yüksək dağlıq ərazilərdə 13-18, gündüz 0-5 dərəcə şaxta olacaq.
Sabah ölkə ərazisində qeyri-sabit, arabir yağıntılı və küləkli hava şəraiti davam edəcək. |
|
Category: Hava haqqında |
Views: 819 |
Added by: Seymur86
| Rating: 0.0/0 |
|
|
Login |
|
|
|
Axtarış |
|
|
|
Təqvim |
|
|
|
Dostlar |
|
|
|
Kateqoriyalar |
|
|
|