![haber](http://www.islamazeri.az/resim/haber/tqdk_716139711063_256812168125.jpg)
TQDK bu həftə "Şagird-məzun elektron məlumat bazası”nı təqdim edəcəkTələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu həftə "Şagird-məzun elektron məlumat bazası”nı təqdim edəcək.
Bu barədə İslamazeri.az-a TQDK-nın mətbuat katibliyindən bildirilib.
TQDK tərəfindən 2012-2013-cü tədris ili üçün "Şagird-məzun” bazasının formalaşdırılması işinə başlanılıb.
Bu məqsədlə Komissiya ümumi və tam orta təhsil müəssisələrinin buraxılış siniflərinin şagirdləri haqqında məlumatların "Şagird-məzun” bazasına daxil edilməsi üçün respublikanın rayon və şəhərlərində məsul şəxslərlə seminar-məşğələlər təşkil edir.
Qeyd edək ki, bu internet səhifəsi əsas və ya tam orta təhsil müəssisələrinnin buraxılış siniflərində təhsil alan şagirdlərin məlumat bazalarının dəqiqləşdirilməsi üçün planlaşdırılıb və sistemdən istifadəçi kimi rayon (şəhər) təhsil şöbələri və təhsil müəssisələrinin məsul işçiləri (istifadəçilər) və buraxılış siniflərinin şagirdləri nəzərdə tutulub.