Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 20 » Salam olsun fədakarlara! (Köşə yazısı)
17:59
Salam olsun fədakarlara! (Köşə yazısı)
Salam olsun fədakarlara! (Köşə yazısı)

Fədakarlıq...uzun zamandır məni düşündürən dəyər. Düşündükcə ruhumu cilalayan dəyər.

Nədir fədakarlıq? 

Yəni, insanlar üçün, cəmiyyət üçün insanın özünü fəda verməsidir.


Yəni, cəmiyyətin xeyri üçün, hər cür çətinliklərə sinə gələrək, şəxsi
mənfəətlərdən əl götürməkdir.

Yəni, insanın nəfsinə zidd olsada heç kimdən maddi və mənəvi qarşılıq gözləmədən və
yalnız Allar rzası üçün edilən əməldir.

Yəni, Quranın təbirincə "yaxşı insanların məqamına çatmaq üçün" sevdiyin şeyləri Allah yolunda verə bilməkdir. (Əl İmran 92)

Yəni, İmam Əli (ə) buyurduğu kimi insan üçün ən ali sifət, yaxşılıqların ən gozəli
və imanın ən üstün dərəcəsidir.

Allah öz razılığını insanlara, cəmiyyətə xeyir verməkdə qoyub. Buna misal Kərbəladır. Həmin gün İmam Hüseyn (ə) bəşəriyyətin xilası üçün hər şeyindən keçərək, fədakarlığın ən gözəl və ən şah əsərini yaratdı.

Bu gün cəmiyyətimizdə olduqca çox problemlər var. Çox dərdlər var. Çox ədalətsizliklər var. Çox zülmlər var. Bütün sahələrdə bu problemlərdən azad olmağın yolu fədakarlardan keçir. Hər sahədə zəfərin sirri fədakarlıqdadır.


Aləmlərin Rəbbi olan Allaha həmd olsun ki, son illərdə ölkəmizdə bu fədakarlar zümrəsi yaranıb. Onlar cəmiyyətin yaralarını saranlardır. Onlar cəmiyyətin iman və inamını özünə qaytaranlardır. Onlar zülmət pərdələrini aralamaq üçün özlərini şam misalı yandıranlardır.

Sonda yazımı onlara təşəkkür üçün salamla bitirmək istəyirəm:

Salam olsun fədakarlara!
Salam olsun ermənilərə dağ çəkən şəhidə!
Salam olsun qorxu zəncirlərini qıran ruhaniyə!
Salam olsun iki zindan şəhidinə!
Salam olsun 11 ilini hicab uğrunda vəqf edən qəfəsdəki Şirə!
Salam olsun haqq uğrunda zindanlara düşmüş ruhanilərə!
Salam olsun islam və hicab məhbuslarına!
Salam olsun bütün fədakarlara!



Seymur İsmayıl

Xebername.az İnternet qəzetinin baş redaktoru
Category: Yazarlar | Views: 707 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Sunday, 05.05.2024, 10:14
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012