amaxı-İsmayıllı bölgəsində aktivlik azalmayıb.
![](http://www.milli.az/bpictures/picture157912.jpg)
"Balakəndə zəlzələ ocağında seysmik gərginlik tam boşalmayıb. Bu bölgədə seysmik təkanlar hələ bir müddət ara-sıra davam edəcək”.
Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru
Qurban Yetirmişli bildirib. O deyib ki, bu, şimal-qərb bölgəsində dərinlik qırılmalarının nəticəsidir.
Q.Yetirmişli həmçinin deyib ki, Şamaxı-İsmayıllı bölgəsində də aktivlik azalmayıb: "Bu bölgə həmişə aktivdir, Şamaxı bölgəsində daim güclü zəlzələ ola bilər”.