Onun sözlərinə görə, bu məsələni imic məsələsinə çevrilməklə "etibarlı tərəfdaş” görüntüsü yaratmaqla bağlı hakimiyyətin mövqeyi doğru deyil: "Reallıqda isə bu "etibarlı tərəfdaşı” mən "etibarlı icraçı” adlandırıram.
Manoyanın fikrincə, iqtidar bu məsələdə əvvəlki mövqeyini məhz Qərbdən zəmanət almaq məqsədilə saxlayır. Ölkənin daxildən gücləndirlməsinin vacibliyini vurğulayan Manoyan "2008-ci il seçkiləri nə qədər az mübahisəli idisə, futbol diplomatiyası tamamilə fərqlidir. Ancaq fakt faktlığında qalır, erməni-türk məsələsində əvvəlki xətt davam etdirilir”.
Ermənistan və Türkiyə arasında imzalanan protokolların altında hələ də İrəvanın imzasının olmasına qarşı çıxan Manoyan bunun qondarma erməni soyqırımının tanınmasına qarşı yönəldiyini deyib.
Türkiyənin Ermənistan sərhədlərini açmamasını müharibənin bir forması adlandıran "Daşnaksütyun” nümayəndəsi qondarma soyqırımın 100 illiyi ərəfəsində ciddi dəyişiklik olmayacağını bildirib. Bu ərəfədə Türkiyənin bəzi erməni diaspor təşkilatları ilə dialoqa cəhd edəcəyini ehtimal edən daşnak bunu məsələnin həllinə dair görüntü yaratmaq məqsədi daşıyacağını qeyd edib.