Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 25 » Savaş böyüyür: Rusiya Suriyaya desant gəmiləri göndərdi
09:18
Savaş böyüyür: Rusiya Suriyaya desant gəmiləri göndərdi
 

Rusiyanın Qara Dəniz Donanmasının böyük desant gəmiləri - "Azov" və "Nikolay Filcenkov" bu gün Novorossiysk şəhərindən Aralıq dənizinə çıxıb və Suriyanın Tartus limanına doğru istiqamət alıb.

Azeri-Xeber.ucoz.com-un Rusiya KİV-ə istinadən məlumatına görə, Rusiya Silahlı Qüvvələri Baş Qərargahındakı mənbə desant gəmilərinin Rusiya Hərbi Dəniz Qüvvələrinin Tartusdakı maddi-texniki təchizat məntəqəsinə gedəcəyini bildirib. 

"Azov" və "Nikolay Filcenkov" desant gəmiləri bir gün əvvəl Novorossiyskdə xüsusi təyinatlı dəniz piyadaları bölüyünü və bir neçə ədəd döyüş texnikasını qəbul edib. Dəniz piyadalarına boğazlardan və xarici limanlardan keçərkən gəmilərin təhlükəsizliyini təmin etmək tapşırığı verilib. Gəmilər dekabrın 26-27-də Bosfor və Dardanel boğazlarından keçəcək. 

Plana görə, desant gəmiləri dekabrın 28-də Egey dənizindəki "Moskva" qvardiya raket  kreyseri və "Smetliviy" gözətçi gəmiləri ilə birlikdə Qara Dəniz Donaması qrupuna qoşulacaq.

Rusiya Silahlı Qüvvələri Baş Qərargahındakı mənbənin sözlərinə görə, "Moskva" və "Smetliviy" bu gün Yunanıstanın Pirey limanına gələrək burada su və ərzaq ehtiyatı götürdükdən sonra Egey dənizində tapşırığın icrasına başlayıb: "Bu iki döyüş gəmisinin müşayiəti ilə "Azov" və "Nikolay Filcenkov" Tartusa gedəcək".
Category: XƏBƏRLƏR | Views: 385 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 16:18
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012