Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 29 » Sevinc Babayeva ilə bağlı şok faktlar – FOTO
13:35
Sevinc Babayeva ilə bağlı şok faktlar – FOTO


Gənc qadının ölümü isə polis bölmələrində "şübhəli” olaraq qeydə alınıb

Türkiyə mediası Sevinc Babayevanın ölümü ilə bağlı yeni məlumatlar yayıb. Həmin məlumatdan yeni olan faktları təqdim edir.

İki ay əvvəl Türkiyədə ev kirayəyə tutub

Xəbərdə qeyd olunur ki, araşdırmaya başlayan polis Sevinc Babayevanın həyatı ilə bağlı maraqlı faktlar əldə edib. Sevinc Babayeva 2 ay əvvəl Kıraçta bir ev kirayələyib. Dekabrın 26-da anidən vəziyyəti pisləşən Sevinci binanın mühafizəçiləri xəstəxanaya aparıblar. Həkimlərin bütün səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. Gənc qadının ölümü isə polis bölmələrində "şübhəli” olaraq qeydə alınıb.

İki pasport saxta kimlik

Sevinc Babayevanın üzərində 2 müxtəlif pasport və Məryəm Solmaz adlı saxta kimlik olub. Daha sonra qeyd olunur ki, Sevinc Babayeva Bakıda kitabxana müdiri işləyib və Azərbaycanda bir müddətdir müzakirəyə səbəb olan parlament seçkiləri üçün namizədlərdən yığılan rüşvət bazarlığında vasitəçi olub.

Azərbaycandan nazirlik əməkdaşları Türkiyəyə ezam olunub

Azərbaycan Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşları Türkiyəyə ezam olunublar. Daha öncə də ürəyi ilə bağlı müalicə aldığı deyilən Sevinc Babayevanın məhz elə ürək çatışmazlığından öldüyü deyilir.

Bu gün ölkəsinə aparılacaq

Həmçinin xəbərdə qeyd olunur ki, 40 yaşlı Sevinc Babayevanın oğlu Ayxan Məmmədov xəbəri eşidən kimi İstanbula gedib və bu gün Babayevanın cənazəsi Azərbaycana aparılacaq.






Category: XƏBƏRLƏR | Views: 481 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 21:20
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012