Sevinc Babayevanın meyiti Türkiyənin "Medicana İnternational İstanbul Hastanesi”ndən çıxarılıb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, cənazə məhkəmə-tibb ekspertizasına aparılır.
Meyit ekspertizadan keçdikdən sonra ölən şəxsin Sevinc Babayeva olduğu dəqiqləşəcək.
Dəqiqləşmədən sonra isə cənazə Azərbaycana göndəriləcək.