5 güllə yarası alan İbrahim Dudarov ölüb Şimali Osetiya müftisinin müavini İbrahim Dudarov öldülüb. Məlumata görə, Dudarovun meyidi gece vaxtı "Volqa” markalı avtomobildə aşkar edilib. Hadisə ilə bağlı cinayət işi açılıb. Şimali Ostiyanın müftisi Hacı Murad Qasalov bildirib ki, onun müavinini yaxından güllələyiblər. İbrahim Dudarova 5 güllə vurulub. M. Qasalovun sözlərinə görə, Dudarovun maşınını saxlayıblar, o avtomobildən düşüb. Hadisə Dudarov evə qayıdarkən baş verib.
Şimali Osetiyanın müftisi deyib ki, müavini heç kimlə münaqişədə olmayıb: "Bu cinayəti ancaq İslamın düşmənləri edə bilərlər. Onlar regionda vəziyyəti gərginləşdirmək istəyirlər”.
|