Belə ki, 51 yaşlı kişi futbol matçından sonra evə bir qədər gec gəlib. 41 yaşlı həyat yoldaşı ərinin evə gec, həm də sərxoş gəldiyinə görcə onun qulağını kəsib. Kişinin hay-küyünə gələn qonşular onu qan içində görərək təcili tibbi yardıma və polisə zəng vurublar. Kişi xəstəxanaya, qadın isə polis bölməsinə aparılıb.
Xəbərdə o da bildirilir ki, bundan əvvəl qadın bir dəfə də ərinə ağır xəsarət yetirib. Belə ki, o, həyat yoldaşının burnunu sındırıb.