Main » 2012 » December » 17 » ŞOK!!! Azərbaycanda iş adamı qətlə yetirilib yandırıldı
16:42 ŞOK!!! Azərbaycanda iş adamı qətlə yetirilib yandırıldı |
Ürəyi xəstə olanlar baxmağı məsləhət görülmür![ŞOK!!! Azərbaycanda iş adamı qətlə yetirilib yandırıldı ŞOK!!! Azərbaycanda iş adamı qətlə yetirilib yandırıldı](http://www.teleqraf.com/photos/yanan-adam.gif) Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan 28 yaşlı Natiq Nəsrullayevin cinayət işi üzrə məhkəmə başlayıb İttihama görə, bu il mayın 17-də Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində "Azvirt” MMC-də iş icraçısı işləyən Bakı şəhər sakini, 29 yaşlı Akim Əfəndiyevi yaşadığı bağ evində Natiq Nəsrullayev qətlə yetirib.
Araşdırmalar nəticəsində müəyyən edilib ki, A.Əfəndiyev əvvəlcədən tanıdığı N.Nəsrullayev ilə bağ evinə gedib. Orada Natiq qarət məqsədilə Akimi öldürüb, evdəki pulları götürəndən sonra mənzilə od vuraraq qaçıb gizlənib. Hadisə yerinə gəlmiş yanğınsöndürənlər qısa müddətdə yanğını söndürüblər. Yanğın söndürüldükdən sonra evdə Akimin meyiti aşkarlanıb. Mərhumun bədənində 4 bıçaq yarası olub.
N.Nəsrullayev ilkin dindirmə zamanı törətdiyi əməli etiraf edib. O, deyib ki, Akim hadisədən əvvəl bir qız tanışı ilə onu da götürərək Pirquludakı bağ evinə gəliblər. Yeyib-içəndən sonra hər üç şəxs yatıb. Gecə saatlarında Natiq yuxudan oyanaraq Akimə 5 bıçaq zərbəsi vurub. Sonra evdə olan 1500 manat məbləğində pulu götürüb, izi itirmək üçün evə od vurub, qızı isə maşına qoyaraq Bakıya gətirib.
Hakim İlqar Murquzovun sədrlik etdiyi kollegiyada təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı dekabrın 21-nə təyin edilib.
|
Views: 463 |
Added by: Seymur86
| Rating: 0.0/0 |
|
![](/.s/t/979/7.gif) |
Login |
|
![](/.s/t/979/9.gif) |
![](/.s/t/979/7.gif) |
Axtarış |
|
![](/.s/t/979/9.gif) |
![](/.s/t/979/7.gif) |
Təqvim |
|
![](/.s/t/979/9.gif) |
![](/.s/t/979/7.gif) |
Dostlar |
|
![](/.s/t/979/9.gif) |
![](/.s/t/979/7.gif) |
Kateqoriyalar |
|
![](/.s/t/979/9.gif) |
|