Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 28 » Şok!!! Bacısı qızını zorlayan kişi qızının da həyatını məhv etdi
09:38
Şok!!! Bacısı qızını zorlayan kişi qızının da həyatını məhv etdi


13 yaşlı "uşaq gəlin" toyuna hazırlaşarkən bibisi oğlunun təcavüzünə məruz qalıb.

Azeri-xeber.ucoz.com Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir ki, dəhşətli hadisə 13 yaşlı qızın toyu ərəfəsində baş verib. Ailəsi isə qızın bibisi oğlunun təcavüzünə məruz qaldığını öyrənib və bunu ört-basdır edib. 

Çünki təcavüz hadisəsi iki ailə arasında qisasa qisas kimi baş verib. Belə ki, bundan əvvəl təcavüzə məruz qalan qızın atası öz bacısının qızına təcavüz edib. Bacısı oğlu da bunun qısasını dayısının qızından alıb.

Qızına bacısı oğlu tərəfindən təcavüz edildiyini öyərənən ata hadisədən bir il sonra qızını başqa biri ilə evləndirib. Gənc qız isə həyat yoldaşına bakirəliyini uşaqkən atasının fiziki zorakılığına məruz qaldığına görə itirdiyini deyib. Buna baxmayaraq, gənc qız davamlı olaraq həyat yoldaşının ağır ittihamları ilə qarşı-qarşıya qalıb. Belə ki, ər günü-gündən həyat yoldaşına şübhə ilə yanaşmağa başlayıb. O, hətta qadına yeni doğulan uşaqlarını əmizdirməyə icazə verməyib. Bütün bunlara dözə bilməyən qadın atasına təcavüzə məruz qaldığını hər kəsə etiraf edəcəyini deyib. Ancaq ata buna razı olmayıb. Öz əməllərinin də üsütünün açılacağından ehtiyatlanan ata oğluna silah verərək qızını öldürməyi tapşırıb. Qardaş isə bacının öldürməyə qıymayıb və silahı bacısına verib. 14 yaşlı qız isə həmin silahla ona təcavüz edən bibisi oğlunu işgəncə verərək öldürüb. Daha sonra isə onun cəsədini yandırıb. Atasını da öldürməyə çalışan qız elə hadisə yerində həbs olunub. Qəsdən və xüsusi amansızlıqla adam öldürməkdə ittiham olunan gənc qız 37 il müddətində azadlıqdan məhrum edilib.

Category: Faciə | Views: 575 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 17:50
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012