Bu barədə "Эхо" qəzetinə həkim-dietoloq Məryəm Əmirova bildirib. Onun sözlərinə görə, sosial şəbəkə istifadəçiləri azhərəkətli həyat tərzi keçirirlər. Hansısa hadisəni qaçırmaq qorxusundan və ya başqa istifadəçilərlə söhbətdən ayrılmaq istəməmələrindən yeməklərini də kompüter qarşısında yeyirlər. Bu da kökəlməyə səbəb olan mühüm amillərdən biridir. "Gününü sosial şəbəkə qarşısında keçirən adamlar, çətin ki, sağlam qidalar, şorbalar qəbul etsinlər. Belələri adətən, fast-fudla qidalanırlar. Bu da maddələr mübadiləsinin pozulmasına səbəb olur ki, nəticədə də piylənmə baş verir", - o əlavə edib.Bununa belə, idman zallarını tez-tez ziyarət edən, aerobika ilə məşğul olan, səhərlər qaçan adamları kökəlmə təhlükəsi gözləmir.
|