Main » 2012 » December » 23 » Soyğunçuluğa gəldi, yatıb qaldı
12:36 Soyğunçuluğa gəldi, yatıb qaldı |
Ofisdəki malları götürən oğru cinayət yerini tərk edə bilməyib Oğru qarət etdiyi ünvanda yatıb qalıb. Bu maraqlı hadisə Rusiyanın Tula şəhərində qeydə alınıb. "Lenta.ru"ya istinadla verilən məlumata görə, sərxoş şəhər sakini mobil rabitə operatorlarından birinin ofisinə girərək piştaxtadakı malları götürüb. Lakin o işini yekunlaşdıra bilməyib. Belə ki, oğurluğa gələn kişi hadisə yerindəcə yatıb. Yatmış qarətçini isə ofisin təhlükəsizlik xidmətinin əməkdaşları tapıblar. Adı açıqlanmayan 29 yaşlı kişini oyadaraq polisə təhvil veriblər.
Qeyd edək ki, bu Tulada baş verən ilk qəribə oğurluq deyil. Belə ki, bu ilin avqust ayında da 23 yaşlı oğru təqaüdçünün evini soymaq məqsədilə mənzilə girib. Ancaq evdə səs eşidən gənc dərhal yatağın altında gizlənib və burada yatıb. Evindən xoruldama səsi eşidən təqaüdçü isə polisə zəng edərək, onu yaxalada bilib.
|
Category: XƏBƏRLƏR |
Views: 408 |
Added by: Seymur86
| Rating: 0.0/0 |
|
|
Login |
|
|
|
Axtarış |
|
|
|
Təqvim |
|
|
|
Dostlar |
|
|
|
Kateqoriyalar |
|
|
|