Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 22 » “Sultan Əhməd” məscidinin minarəsi uçurulacaq
10:05
“Sultan Əhməd” məscidinin minarəsi uçurulacaq

"Mərmərə” zəlzələsində ziyan görən 6 minarəli tarixi əsərin bərpa ediləcəyi bildirilir

Türkiyənin dünyada "Blue Mosque” kimi məşhur olan tarixi "Sultan Əhməd” camesinin minarələrindən biri söküləcək. Buna səbəb "Böyük Mərmərə” zəlzələsində (17 avqust 1999) minarənin ziyan görməsidir. 


Qeyd edək ki, artıq bir müddətdir minarə üzərində aparılan təhlil və araşdırma işləri başa çatıb və minarənin sökülərək yenidən tikilməsinə qərar verilib. Məlumata görə, üstündə yarıq və çatlaqlar meydana gələn sağ arxa minarə eyvana qədər söküləcək və "Küfeki” adlandırılan möhkəm daşlarla yenidən tikiləcək. 

Xatırladaq ki, "Sultan Əhməd” camesi 1609 – 1616-cı illər arasında Osmanlı padşahı I Əhməd tərəfindən tikdirilib. Mavi, yaşıl və ağ rəngli keramika lövhələrlə bəzədilmiş tarixi binaya avropalılar "Blue Mosque” (Mavi Məscid) deyir. 6 minarəsi olan məbədin memarı Sədəfkar Mehmet ağadır. 

Category: XƏBƏRLƏR | Views: 433 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 22:38
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012