Sakinləri FHN əməkdaşları xilas ediblər.
Sumqayıt şəhəri Yaşma bağları massivində sel suları səbəbdən bir neçə fərdi yaşayış evləri və onların həyətyanı sahələri su ilə dolub, insanlar həmin evlərdə köməksiz vəziyyətdə qalıblar. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, FHN-in Sumqayıt Regionlal Mərkəzinin və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunublar. Keçirilmiş xilasetmə əməliyyatları nəticəsində köməksiz qalan 3 sakin xilas edilib.