Main » 2012 » December » 21 » Sumqayıtda Qiyamət şoku
09:25 Sumqayıtda Qiyamət şoku |
| Qiyamət Günü haqqında şayiələr Sumqayıt şəhərində böyük həyəcan doğurub.
Azeri-Xeber.ucoz.com-un məlumatına görə, xüsusən də axşama doğru Sumqayıtda əhali arasında təşviş daha da güclənib. Şayiələrdən həyəcanlanan əhali müxtəlif ərzaq məhsulları tədarük etməyə başlayıb. Şəhər sakinlərindən aldığımız məlumata görə, bu səbəbdən marketlərdə böyük növbələr yaranıb. Mənbə əhalinin bir neçə həftəlik ərzaq tədarükü gördüyünü də bildirib: "Xüsusən də çörək, un, şəkər tozu, şam, konserv məhsullarına böyük tələbat yaranıb".
Mənbə şəhərdə çörək qıtlığı yarandığını da bildirdi: "Həmişə şəhərdəki marketlərdə çörək artıq qalırdı. Bu gün isə ən böyük marketlərdə belə çörək tapmaq müşül məsələyə çevrilib. Heç bir marketdə çörək qalmayıb. Hamı bir neçə ədəd artıq çörək aldığından qıtlıq yaranıb. Bu səbəbdən bir çox insanlar axşam çörək ala bilməyib".
|
|
Category: XƏBƏRLƏR |
Views: 416 |
Added by: Seymur86
| Rating: 0.0/0 |
|
|
Login |
|
|
|
Axtarış |
|
|
|
Təqvim |
|
|
|
Dostlar |
|
|
|
Kateqoriyalar |
|
|
|