Suriya hökumət ordusu Dəməşq yaxınlığında bir neçə silahlı ekstremist qruplaşmasını məhv edib. APA-nın "İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə "Suriya” telekanalı hərbi mənbələrə istinadən məlumat yayıb. Telekanal qeyd edib ki, silahlılar "canlı qüvvədə və texnikada böyük itki verib”. Məlumata əsasən, məhv edilmiş silahlı qruplaşmalar Yəbrud və Nabak şəhərlərinin arasındakı kənd ərazidə (paytaxtdan 50-60 km aralı) "fəaliyyət” göstərib. "Əl-Həyat” qəzetinin məlumatına görə, üsyançıların paytaxtın cənub kənarlarında cəmləşməsi davam edir. Şahidlərin sözlərinə görə, şiddətli atışmalar Kadam, Daraya və İlda yaşayış məntəqələrin yaxınlığında, habelə beynəlxalq aeroportun yaxınlığında – Diyabiyə, Əqraba və Beyt-Sahem yaşayış məntəqələrin kənarlarında (paytaxtdan 20 km aralıda) davam edir. Dəməşqin şimal-şərq istiqamətində ordunun xüsusi təyinatlı birləşmələri silahlı qruplaşmaları Kabun, Dümə, Harəstə və Ərbinə yaşayış məntəqələrində təqib edir. Suriya Hərbi-Hava Qüvvələri üsyançıların mövqelərini Livan dağlarının şərq yamacında yerləşən Əsəl-əl-Varda adlı ərazidə zərbələr endirib.
|