Suriyada ukraynalı jurnalist Anxar Koçnevi oğurlayaraq girov götürən silahlı müxalifət qruplaşması jurnalisti edam edəcəklərini bəyan edib. Bu barədə qruplaşma üzvləri ilə birbaşa əlaqəyə girən ukraynalı jurnalist Nataliya Qumenyuk bildirib, - "RİA Novosti”.
"Suriya qruplaşması artıq təsdiqləyib ki, onlar jurnalistin azadlığa buraxılması üçün 50 milyon dollar istəyiblər. Lakin, onlar bildiriblər ki, jurnalistin azad edilməsi üçün pul onları çox maraqlandırmır. Onlar eyni zamanda niyə görə Ukrayna vətəndaşını öldürmək istədiklərini də bildirməyiblər”, - deyə jurnalist qeyd edib.
Eyni zamanda özlərini Azad Suriya Ordusu adlandıran Suriya silahlı müxalifət qruplaşması bildirir ki, bir həftədən çoxdur ki, Ukrayna tərəfi onlarla əlaqəyə girmir.
|