Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 26 » Suriyada kimyəvi silah həyəcanı: Müxalifətin bu sılahdan istifadə etdiyi təsdiqlənir
15:24
Suriyada kimyəvi silah həyəcanı: Müxalifətin bu sılahdan istifadə etdiyi təsdiqlənir

Ekspertlər hesab edir ki, Qərb Suriyaya hərbi müdaxilə üçün zəmin hazırlayır. Belə bir zəmin isə Bəşər Əsədin kimyəvi silahlardan istifadə etməsi ola bilər.

Artıq dünya mətbuatında, o cümlədən, Türkiyə KİV-lərində Suriya ordusunun müxalif güclərə qarşı kimyəvi silahdan istifadə etməsi ilə bağlı silsilə informasiyalara rast gəlinir. Hətta bununla bağlı video və foto görüntülər yayımlanıb. Dünyanın iri dövlətlərindən gələn açıqlamalarda isə Bəşər Əsəd rejiminin kimyəvi silahdan istifadə etməsinin onlar üçün "qırmızı xətt" olacağı bildirilib. 

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Barak Obama Suriya ordusunun müxaliflərlə müharibədə kimyəvi silahdan istifadə edəcəyi təqdirdə, Əsəd rejiminin bunun nəticələrinin altından qalxa bilməyəcəyi xəbərdarlığını etmişdi.

Suriya böhranının başlanmasından bu yana rəsmi Dəməşqi müdafiə edən Rusiya da Bəşər Əsədə xəbərdarlıq edib. Xarici işlər naziri Sergey Lavrov "Russia Today" televiziyasına verdiyi açıqlamada Suriya rejiminə kimyəvi silahlarla bağlı xəbərdarlıq edib. S.Lavrov Əsəd rejiminin müxalifətə qarşı kimyəvi silahdan istifadə etməsi ehtimalını siyasi intihar adlandırıb.

Suriya ordusunun kimyəvi silah işlətməsi ilə bağlı yayılan informasiyalar, o cümlədən, Dəməşqə edilən xəbərdarlıqlar nədən xəbər verir?

Publika.Az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib ki, bütün bunlar Suriya rejiminə qarşı güclənən təzyiqlərin tərkib hissəsidir.

Politoloq kimyəvi silahdan müxalif qüvvələrin də istifadə edə biləcəyini istisna etmir: "Məlumatlar var ki, kimyəvi silahın bir hissəsi müxalif güclərin əlinə keçib. Onlar Bəşər Əsədi daha da qara şəkildə göstərmək üçün kimyəvi silahdan məhdud şəkildə istifadə ediblər. Ölkədə baş verən bütün terror aktlarını hökumət müxalifətin, müxalifət isə hökumətin üstünə yıxır. Əslində, qanlı müharibə ilə yanaşı, qızğın informasiya savaşı da gedir. Suriya kimi bir məkanda heç kim inamla deyə bilməz ki, kimyəvi silah hökumət ordusu, yoxsa müxalifət tərəfindən istifadə olunub. Təbii ki, Qərb müxalifəti müdafiə etdiyi üçün günahı Bəşər Əsədin üzərinə yıxacaqlar”.

Politoloq hesab edir ki, müxalifət tərəfindən Suriya ordusuna məxsus bir sıra hərbi bazalar ələ keçirildiyindən, onlar tərəfindən kimyəvi silahın işlədilmə ehtimalı da yüksəkdir: "Müxalifət orduya məxsus bir sıra hərbi bazaları, hava hücumundan müdafiə qurğularını ələ keçirib. Suriya hökuməti də açıq etiraf edib ki, kimyəvi silahın saxlanıldığı bəzi anbarlar müxalifətin əlinə keçib”.

Qeyd edək ki, bir neçə gün əvvəl İngiltərənin "Reuters” agentliyi Suriyalı müxaliflərin, o cümlədən xarici muzdluların kimyəvi silaha malik olduqları barədə xəbər yayıb. Amma nədənsə çox keçmədən bu agentlik dərc etdiyi xəbəri tez bir zamanda öz internet səhifəsindən silib. Bu, artıq agentliyin son 3 gün ərzində sildiyi ikinci xəbəridir. Məlumat agentliyin ingilis dili bölməsində yerləşdirilmişdi. 

"Reuters”in İordaniyadakı müxbiri Xalid Uveys bununla bağlı agentliyə danışarkən deyib: "Məlumatlarda bildirilirdi ki, Qəzzafinin kimyəvi bombaları məhv edilib. Amma Suriya müxalifətinin bu silahlardan istifadə etməsi deyilənlərin əksini sübut edir”. 

Agentlik həmçinin vəhhabilərin əlində ABŞ-dan göndərlimiş "M-42A1” tipli əleyhqazın olmasını deyilənlərə sübut kimi dərc etmişdi. "Əl-vəhdət” saytının yazdığına görə, bu silahların Suriyaya gətirilməsində məqsəd onlardan istifadə edərək rəsmi Dəməşqi kütləvi qırğın silahlarından istifadədə günahlandırmaqdır.

Bundan öncə də Suriya Xarici İşlər Nazirliyinin sözçüsü Cihad əl-Məqdəsi müxaliflərin kimyəvi və zəhərli silahlardan istifadə etdikləri barədə açıqlama vermişdi.

Zərdüş Əlizadə ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən Suriyanın prezident sarayı və digər hökumət binalarının vurulacağı ilə bağlı yayılan məlumatlara da münasibət bildirib. O, bunun tamamilə mümkün olduğunu söyləyib.

Category: XƏBƏRLƏR | Views: 440 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 21:44
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012