Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 23 » Tələbənin zorlanması ölkəni qarışdırdı
12:36
Tələbənin zorlanması ölkəni qarışdırdı

Hindistanda prezident sarayına yürüş edən kütlə gənc qızı zorlayanaların edamını tələb edir

Hindistanda 23 yaşlı tələbənin avtobusda dəstə tərəfindən zorlanması, ölkədə minlərlə insanın etirazına səbəb olub. Əvvəlki günlərdə etirazçıların təşkil etdiyi aksiyalar nisbətən dinc keçirdisə, dünən Yeni Delhidə başlayan nümayiş qısa vaxt ərzində zorakı iğtişaşlara çevrilib. Gərginlik yüzlərlə insanın prezident sarayına yürüşündən sonra başlayıb. Hiddətlənmiş etirazçılar, polis barikadasını aşmağa çalışanda asayiş keşikçiləri gəncləri taxta dəyənəklərlə qovmağa çalışıb. Etirazçılar cavab olaraq polisi daş atəşinə tutub. 


Etirazçıların hökümətdən əsas tələbi, dekabr 11-də avtobusda 23 yaşlı tələbə qızı zorlamış 6 dəstə üzvünə ölüm cəzasının verilməsi olub. Cinayətkarlar polis tərəfindən saxlanılsa da, dövlət ittihamçıları, onlara qarşı ömürlük həbs cəzasına nail olmağa çalışır. 

Böyük etiraz dalğasına səbəb olmuş zorakılıq hadisəsinin qurbanı isə aldığı xəsarətdən hələ də xəstəxanadadır. Bununla belə, yerli dövlət xəstəxanasının sözçüsü hücum qurbanının artıq süni tənəffüs aparatından ayrıldığını və sağalmağa başladığını açıqlayıb. 

Qeyd edək ki, dəhşətli hadisə haqqında məlumat yayan polis, 23 yaşlı qurbanın və onun rəfiqəsinin sifarişli avtobusa əyləşdikdən sonra hücuma məruz qaldığını, dəmir parçaları ilə döyüldüyünü bildirib. Dəstə yol boyu qızı zorlasa da, sürücü maşını dayandırmayıb. Avtobus hətta yollardakı polis buraxılış məntəqələrindən belə rahat şəkildə keçə bilib.
Category: Kriminal | Views: 532 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 13:34
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012