Ruhi əsəb dispanserində qeydiyyatda olan Elxan Umarov şübhələrinə son qoymaq istəyibmiş Bakının Binəqədi rayonunda bır neçə gün əvvəl arvadını bıçaqlayan şəxs ilkin istintaqa ifadə verib. Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, bu ilin noyabr ayının 4 də ailə quran 28 yaşlı Elxan Umarov 21 yaşlı arvadı Rəvanənin bıçaqlayıb.
Çoxsaylı bıçaq xəsarətləri alan Rəvanə Umarova xəstəxanaya, ruhi əsəb dispanserində qeydiyyatda olan Elxan Umarov isə 4-cu polis bölməsinə çadırılıb.
İlkin istintaqa ifadə verən Elxan Umarov hadisəni qısqanclıq zəminində törətdiyini deyib. Bu ilin noyabrın 4-də ailə həyatı qurduğunu deyən Elxan Umarov həyat yoldaşının toy gecəsi qız çıxmadığını deyib.
"Rəvanənin qız çıxmaması məndə şübhələr oyatdı. Belə başa düşdüm ki, Rəvanə mənə xəyanət edir. Bu fikirlər bir neçə ay idi ki, başımda dolanırdı. Hər şeyə son qoymaq üçün onu öldürmək qərarına gəldim. Məqsədimi həyata keçirmək üçün Rəvanə yatdığı yerdə onu bıçaqladım”, - deyə Elxan Umarov ifadəsində qeyd edib.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi başlansa da, ruhi əsəb dispanserində qeydiyyatda olan Elxan Umarov barəsində həbs qəti-imkan tədbiri seçilməyib.
Həyat yoldaşını bıçaqlayan Elxan Umarovun həbsxanaya və yaxud xəstəxanaya göndəriləycəyi tibbi ekspertlərin rəyindən asılı olacaq.
|