Taliban terrorçuların Pakistanın şimal-qərbində girov götürdüyü 21 hərbiçinin meyitləri tapılıb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə yerli hakimiyyətin nümayəndəsi Naved Əkbər bildirib. O deyib ki, 21 hərbiçi güllələnərək öldürülüb.
Qeyd edək ki, dekabrın 27-də Taliban silahlıları nəzarət-keçid məntəqəsinə hücum edərək 22 hərbiçini girov götürüblər.
Bəzi mənbələrdə bildirilirdi ki, 30 hərbiçi oğurlanıb.
Pakistanda fəaliyyət göstərən, ekstremist "Təhriki-e-Taliban” təşkilatı İslamabaddan Əfqanıstandakı hərbi əməliyyatlarda iştirak etməməyi və ölkə konstitusiyasını şəriət qaydalarına uyğun dəyişməyi tələb edir.
|