"The Economist” jurnalının dekabr sayının üz qabığında cəhənnəmə düşmüş aparıcı dünya liderlərinin karikaturası dərc edilib. Karikaturada boğazına qədər alovlu çayda batan Vladimir Putin də var.
Vladimir Putinin yanında İran lideri Mahmud Əhmədinexat, Koreya lideri Kim Çen İn və Suriya prezidenti Bəşər Əsəd də var. Bəşər Əsəd boynunun uzunluğu sayəsində Vladimir Putindən bir qədər hündürdədir.
Karikaturada Qərb elitası da yaddan çıxmayıb. Barak Obama motorlu qayıqla alovlu çayda Vladimir Putinə doğru irəliləyir.
Arxa fonda əlində "The Economist”in buraxılışını tutan şeytan təsvir olunub.