Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 17 » Tibb işçiləri küçələrə axışdı İspaniyada hökümətin səhiyyə sistemini özəlləşdirmək planları, həkimləri özündən çıxarıb
12:50
Tibb işçiləri küçələrə axışdı İspaniyada hökümətin səhiyyə sistemini özəlləşdirmək planları, həkimləri özündən çıxarıb
İspaniyada hökümətin dövlət səhiyyə sisteminin hissəli şəkildə özəlləşdirməsi planları, minlərlə insanı Madrid küçələrinə çıxarıb. Raxoy hökümətinin yeni islahatlarına qarşı kütləvi yürüşdə məhz tibb işçiləri üstünlük təşkil edib. 5 minə yaxın etirazçı, simvolik "ağ” həkim xalatlarında Sibeles meydanında toplaşaraq, mərkəzi küçələrə doğru hərəkət edib. Səhiyyə sisteminin "satılmadığını”deyən aksiya iştirakçıları eyni zamanda sərt büdcə islahatlarına qarşı çıxıb.

"Biz Madrid sakinlərinin aldadılmasına səhiyyə sisteminin qarət olunmasına son qoymaq istəyirik.Əks halda, 5-10 ilə İspaniyada paralel şəkildə 2 səhiyyə sistemi mövcud olacaq. Biz sadəcə olaraq hamımıza məxsus olan səhiyyəni qoruyub saxlamaq istəyirik”, - deyə etirazçılardan biri bildirib. 

İgnasio Qonzalesin başçılıq etdiyi Madrid administrasiyası, sərt iqtisadi islahatların o cümlədən ixtisarların kəskin böhran dövlərində ölkənin səhiyyə sistemini qoruyub saxlamaq məqsədi daşıdığına inandırmağa çalışır. 

Qeyd edək ki, İspaniya qanunların görə, təhsil və səhiyyə ilə bağlı məsələlər, mərkəzi hökümət deyil, 17 yarı-muxtar regionun administrasiya tərəfindən idarə olunur. Hər regionun müstəqil büdcəsi və məxaric planları olur. Madrid regionu Marian Raxoyun mərkəzi solçu "Xalq partiyası” tərəfindən idarə olunur. Hazırda əksər regionlar İspaniyanın 2008-ci ildə daşınmaz əmlak bazarındakı iflasdan sonra qərq olduğu borc böhranı ilə mübarizə aparır. Həddən çox xərcləri olan regionlar, borcları ödəmək üçün maliyyə institutlarından yardım ala bilməyincə, sərt büdcə istlahatları həyata keçirməyə məcbur qalır.
Views: 397 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 19:36
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012