Türkiyənən İstanbul şəhərində spirtli içki firması ticarət mərkəzində reklam olaraq pulsuz içkilər paylayıblar"İslamazeri.az"-ın "Cihan"-a istinadən verdiyi xəbərə görə, alkoqollu içki firmasının nümayəndələri reklam standlarına yaxınlaşan yeni-yetmə yaşına çatmamış uşaqlara da spirtli içkilər veriblər.
Firmanın nümayəndələrinin bu addımı valideynlərin etirazına səbəb olub.
Türkiyə qanunlarına əsasən, 18 yaşına çatmamış uşaq və gənclərə spirtli içki satmaq qadağandır.
Spirtli içki içən uşaqların valideynləri spirtli içki firmasını məhkəməyə verəcəyini deyiblər.